Koreyalı alimlər 10 min yaşı olan mamont qalığının damarlarında maye qan tapıblar
Nəsli çoxdan kəsilmiş mamontlarla bağlı elm adamlarını heyrətə gətirəcək bir yenilik olub. ANS PRESS-in Türkiyə məbuatına istinadən verdiyi məlumata görə, qalıqları tədqiq edən koreyalı alimlər buz kütləsinin içindən maye halında qan aşkarlayıblar.
Ən azı 10 min yaşı olan bu mamont qalığının damarlarında tapılan qan ailimlər üçün bir ümid işığı olub.
Hərarətin 10 dərəcədən aşağı olduğu bir yerdə tapılan qan mamontun klonlaşdırılmasını yenidən gündəmə gətirib.
