Kleopatra ən pis xətti olan qadındır
29 Yanvar 2013 Çərşənbə Axşamı 06:56
Yazının səliqəli olmaması kişiləri az narahat edir.
Qadınların xətti niyə kişilərin xəttindən daha gözəldir? Səbəb uşaqlıq dövründə gizlənir. Qadınlar kişilərə nisbətən daha tez inkişaf edirlər. Məhz bu səbəbdən yeniyetməlik dövründə qadınlar informasiynı daha tez qavrayırlar. Bu, yazının formalaşmasna da aiddir. Bundan əlavə qaydalara riayət etmək, əzmkarlıq qabiliyyəti yazının formalaşmasında çox vacibdir. Bu xüsusiyyətlər isə qadınlara daha çox məxsüsdür.

Xəttin səliqəli və gözəl olması xarakterdən də asılıdır. Kişilər qadınlardan daha hövsələsizdir. Bu da onların xəttində təzahür edir. Qadınlar daha səliqəlidir. Yazının səliqəli olmaması kişiləri az narahat edir.

Napaleon Bonapart həyatı boyu 7 dəfə xəttini dəyişib. Buna baxmayaraq onun xətti dəyişdikcə daha da oxunmaz olurdu. Lermontov da tez tez xəttini dəyişirdi qrafoloqlar onun xəttini nevrotik şəxsin xətti kimi qiymətləndiriblər.

Çörçilin də xətti yaxşılar sırasında deyildi. Bir dəfə ona deyilmişdir ki, xətti Kleopatranın xəttinə bənzəyir. Bu xəbər Çörçili çox sevindirmişdi. Bu həm də o deməkdir ki, qadınlar arasında isə yalnız Kleopatranın xətti çox pis olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar