Kişilərin şorgöz olmalarının səbəbi bəlli oldu
30 İyun 2013 Bazar 05:41
Sən demə kişilərin gözəl qadınlara baxması təkamül prosesindən qaynaqlanır.
Kişilərin şorgöz olmalarının nədən qaynaqlandığı bəlli oldu. "Daily Telegraph"-ın araşdırma xəbərinə görə, həyat yoldaşları yanında ikən belə ətrafdakı qadınlara baxmadan özünü saxlaya bilməyən kişilərin bu rəftarı təbiətdən qaynaqlanır. Stirlinq Universitetində aparılan araşdırmaya görə, kişilərin gözəl qadınlara baxması təkamül prosesindən qaynaqlanır.
Qadınlar ancaq sevdiyi kişini cazibədar hesab edərkən, kişilər tanımadıqları qadınlara baxmaqdan zövq alır. Bu da, ulu babalarımızın qədim zamanlarda çoxlu qadınlarla yatıb genlərini artırmaq instiktindən yaranır.
Qadınlar isə uşaqlarına baxa bilən, güvənə bildikləri həyat yoldaşı axtarır.
Araşdırmada, kişi və qadınlarına müxtəlif üz quruluşuna malik fotolar göstərilib və balla qiymətləndirilmələri istənilib. Daha sonra göstərilən fotolara yeniləri əlavə olunub və yenidən qiymət verilmələri tələb olunub.
Kişilər yeni fotolara baxdıqdan sonra əvvəl gördükləri qadınların üzlərini gözəl hesab etməyib. Daha sonra iştirakçlardan həyat yoldaşlarına bənzəyən fotonu seçməyi xahiş ediblər. Kişilər, həyat yoldaşına ən az bənzəyən üzləri, ən cazibədar üz olaraq dəyərləndirib.
DOSTLARINLA PAYLAŞ: