Kişilərin bəzi xasityyətləri qadınların xoşuna gəlmir
19 Dekabr 2012 Çərşənbə 10:49
Kişilərin bəzi xasiyyətləri qadınları daim pərişan edir. Qadınları narahat və pərişan edən kişi xasiyyətləri isə bunlardır.
İşindən nifrət edən, lakin istəmədiyi işdə uzun zaman keçirən kişi. Çünki nadir hallarda kişi işdə baş verənləri evdə unudur. İşdə baş verən anlaşılmazlıqlar, problemlər həmişi insanın fikrində olur. İşinə görə fikirli olan kişinin boş vaxtları da cansıxıcı olur.

İşində irəli getmək istəməyən və karyera qurmaq üçün addım atmayan birindən qadınlar həmişə qaçırlar. Qadınların xoşlamadığı bir xasiyyət isə kişilərin cansıxıcı söhbətləridir. Qadın xoşlamadığı bir mövzuda danışan kişiləri sevmirlər. Ələlxsus da kişi həmin mövzuda qalarsa qadın həmin kişinin yanında olmaq istəmir.

Kişinin işi dəyişirsə onda onun həyata baxışı da dəyişir.

Həmişə anasından danışar. Sevdiyi qadının anasının yerini tuta bilməcəyini deyən kişiləri qadınlar sevməz. Yaxud anasından həmişə şikayət edər, sevdiyi qadının anasından daha yaxşı olduğunu deyən kişiləri də qadınlar sevmir.

Digər qadınlarla mütəmadi mesajlaşan kişilər qadınların heç xoşuna gəlmir. Bundan başqa, hər an gözü qadınlarda qalan, restoranlarda ofisant xanımlarda gözü qalan kişilər də qadınları bezdirir. Qadınların ən nifrət etdiyi isə kişinin məqam axtararaq qadının hansısa əzasında gözü qalmasıdır.

Qadınları məyus edənlərdən biri də kişinin ondan utanmasıdır. Yəni hansısa tədbirdə, şənlikdə qadınını özü ilə aparmaqdan çəkinən kişi qadının gözündə düşmənə çevrilir.

Ehtiyac duyanda kişini yanında tapa bilməyən qadın daim pərişan olur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar