Jerar Depardye Rusiya vətəndaşı oldu
03 Yanvar 2013 Cümə Axşamı 14:50
Jerar Depardye Rusiya vətəndaşı oldu. Putin bu barədə sərəncam imzalayıb.
Rusiya prezidenti Vladimir Putin məşhur aktyor Jerar Depardyeyə Rusiya pasportu verib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Putin çox yüksək vergiyə görə Fransa vətəndaşlığından imtina edən və hakimiyyət orqanları ilə problemlər yaşayaraq ölkəni tərk edən fransız aktyoru Jerar Depardyeyə Rusiya vətəndaşlığı verilməsi haqqında sərəncam imzalayıb.

Qeyd edək ki, fransız aktyor milyonçular üçün vergilərin 2013-ci ildə 75 % artırılmasından sonra ölkəni tərk etmək qərarına gəlib. Depardye hələ vergilərin 50% artırılmasını eşidəndən sonra ölkəni tərk edərək qonşu Belçikaya getmişdi. Onun bu addımına görə qınayaraq “zavallı” adlandıran Fransanın baş nazirinə o, “Siz kimsiniz ki, məni mühakimə edirsiniz? Mənə sizin mərhəmətiniz lazım deyil. Mən sizə heç vaxt istifadə etmədiyim pasport və sosial kartımı geri qaytarıram, bizim ümumi vətənimiz yoxdur”-deyə cavab vermişdi.
Bu yaxında isə aktyor Vladimir Putin guya ona rus pasport "artıq göndərdiyini" qeyd etmişdi.

Qeyd edək ki, dekabrda Fransa hökuməti milyonçular üçün vergilərlə bağlı konstitusiyaya dıyişiklik edib. Fransa prezidenti Fransua Olland bu qanunun parlamentdə yenidən baxılmasına nail olacağına ümid edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar