İnternet klubda maraqlı elan
11 Sentyabr 2013 Çərşənbə 10:54
İnternet klubda maraqlı elan. Her gün beli, yanı ağrımayan xanım işçi axtarılır.
Türkiyədə internet klublardan birinin pəncərəsindən asılmış qeyri-adi iş elan yerli sakinlərlə yanaşı mətbuatın da marağına səbəb olub.

Elanda, "Hər gün beli, yanı ağrımayan, qaynanam kimi domuşub qalmayan, sevgilisi ilə dalaşıb depressiyaya düşməyən, "xalamın qızı ölüb" - deyərək iki gündən bir icazə almayan xanım işçi axtarılır", - yazılıb.

Klubun sahibi Nihal Eren yerli sakinlərin elana müsbət reaksiya göstərdiyini deyib. "Fərqli bir elan hazırladım. İndiyə qədər götürdüyüm işçilər qeyd etdiyim səbəblərdən işə gəlmir və ya gec gəlirdilər. mən də belə bir yol seçdim. İş üçün çox tələb var. Qarşıdakı günlərdə müvafiq işçini seçəcəyik".



DOSTLARINLA PAYLAŞ:

oyunlar