İlanın qarnından insan çıxdı
30 İyun 2013 Bazar 23:14
Mütəxəssislər dəhşətli mənzərə ilə qarşılaşıblar
Çində sahəyə işləməyə gedən gənc qadın yoxa cıxıb. Qadının evə gəlmədiyini görən ailəsi və kənd sakinləri onu axtarmaq üçün işlədiyi sahəyə gəliblər. ANS PRESS Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu zaman kənd sakinləri iş yerinin yaxınlığında hərəkət etməkdə çətinlik çəkən ilanla (anakonda) rastlaşıblar. Onun hərəkətindən şübhələnən sakinlər dərhal polisə xəbər veriblər. İlanı zərərsizləşdirdikdən sonra onu yaran mütəxəssislər dəhşətli mənzərəylə qarşılaşıblar. İtkin düşən gənc qadın bütöv bir şəkildə sürünənin qarnından çıxıb. Amma qadının həyatını xilas etmək mümkün olmayıb.








DOSTLARINLA PAYLAŞ:

oyunlar