İçmeden serxoş olan adam
28 Sentyabr 2013 Şənbə 15:49
Spirt qebul etmeyen adamın öz-özüne serxoş olduğu aşkarlanıb.
ABŞ-da bir damla spirt belə qəbul etməyən adamın öz-özünə sərxoş olduğu aşkarlanıb. Həkimləri təcübləndirən bu hadisə Texasda baş verib.

ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, 61 yaşlı şəxsin mədəsində bir maya növü sayəsində etanol yarandığı artaya çıxıb. Maraqlısı ondadır ki, spirtli içki qəbul eləməyən bu adamın başı gicəllənir, hərəkətləri dəyişir və sərxoş hala düşür.

Həkimlər yaşlı adamı 24 saat nəzarətdə saxlayaraq üzərində müşahidələr aparıb. Məlum olub ki, yedikləri mədəsində alkoqol təsiri yaradır. Xəstə makaron, çörək yeyəndə və ya soda içəndə şəkərin etanola çevrildiyini açıqlayan həkimlər yaşlı adama xüsusi menyu hazırlayıb. Yalnız ət və balıq yeməyinə icazə verilən xəstəyə toyuq, kartof, pomidor və soğan qəti qadağan olunub. Həkimlər bu xəstəliyin “avtomatik sərxoşluq sindromu” olduğunu bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar