Hirosimadakı dəhtəşli hadisənin fotosu ilk dəfə yayıldı .
10 Yanvar 2013 Cümə Axşamı 15:21
Yaponiyanın həmin şəhərində atom bombası partlayan zaman ikiyə ayrılan atom göbələyinin şəkli tapılıb
Hirosimada baş verən dəhtəşli hadisənin ilk fotosu yayılıb. ANS PRESS-in məlumatına görə, həmin tarixi şəkil Yaponiyada məktəblərin birində tapılıb. Bu, dünyada ən unikal ağ-qara şəkillərdən biri hesab edilir.

Şəkli təhlil edən mütəxəsisslər hesab edirlər ki, şəhərin üzərində əmələ gələn ikiyə bölünmüş atom göbələyinin fotosu partlayış baş verən ərazinin episentrindən 10 km aralında çəkilib. Daha dəqiq isə "Körpə" adlı bombanın şəhərə atılmasından təxminən 30 dəqiqə sonra lentə alınıb.

Hərçənd tarixçilər həmişə bu şəkilin mövcudluğu haqda bilirdilər. Lakin onun ictimaiyyətə təqdim olunması məhz indi baş verib. O tarixi foto Hirosima şəhərində Honkava ibtidai məktəbinə məxsus çoxsaylı tarixi kitab və materialların arasından tapılıb.

Bu hadisənin əsl tarixi isə 1945-ci ildə baş verib. Avqustun 6-sı və 9-da Yaponiyanın Hirosima və Naqasaki şəhərlərinə nüvə bombası atılıb. Həmin vaxt ABŞ-ın Hərbi Hava Qüvvələri "Körpə" və "Şişman" ləqəbli atom silahları Hirosimada 140 min, Naqasakidə isə 70 min insanı məhv edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar