Heyat yoldaşımın ilde 1 defe başqası ile birlikde olmasına icaze verirem
16 İyul 2013 Çərşənbə Axşamı 09:44
Rus basketbolçunun xanımı maraqlı açıqlama ile çıxış edib. Heyat yoldaşımın ilde 1 defe başqası ile birlikde olmasına icaze verirem.
“Həyat yoldaşımın ildə 1 dəfə başqası ilə birlikdə olmasına icazə verirəm”. Bu maraqlı açıqlamanı rus basketbolçu Andrey Krilenkonun xanımı Mariya Lopatova bildirib.

ANS PRESS-in “Hüriyyet”ə istinadən verdiyi xəbərə görə, ABŞ-ın “Brooklyn Net” klubu ilə ötən həftə müqavilə imzalayan basketbolçu ilə bağlı məşhur pop ulduz Mariya Lopatovanın 2006-cı ildə “Salt Lake Tribune” qəzetinə verdiyi müsahibə yenidən gündəmə gəlib.

O zaman Lopatova müsahibəsində qadağan olan şeylərin hər zaman daha çox arzulandığını bildirib: “Xüsusən kişi idmançılar onlara təqdim edilən şeyləri qəbul etməyə meyllidirlər. Eyni şey uşaqlara da aiddir. Məsələn, mən uşağıma “Pizza olmaz” desəm o Pizza istəyəcək”.

Lopatovanın həyat yoldaşı Krilenkoya verdiyi bu 1 gecəlik icazəsinin məqsədi, idmançının işi ilə əlaqədar ilin 7 ayının dünyanın müxtəlif yerlərində olarkən şorgözlük etməsinin qarşısını almaqdır.

Loptova həmçinin qeyd edib ki, bu razılaşma birtərəflidir. Amma bu bir gecə xaricində həyat yoldaşının başqa əlaqələrini qəbul etməyəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar