Hesab.az portalında bu gündən «Oriflame» İsveç şirkətinin hədiyyə günlərinə start verilir
08 Fevral 2013 Cümə 16:21
Aksiya 40 minə yaxın qeydiyyatdan keçən istifadəçilərə yüzlərlə hədiyyə qazanmağa imkan verəcək
. Azərbaycanın ən böyük onlayn-ödəmələr portalında bir həftə davam edəcək bu aksiya 40 minə yaxın qeydiyyatdan keçən istifadəçilərə yüzlərlə hədiyyə qazanmağa imkan verəcək.
«Golden Pay» ödəmə texnologiyaları əsasında çalışan Hesab.az`da istənilən mobil operatorların, əksər İnternet-provayderlərin, bütün kabel televiziya şəbəkələri və kommunal şirkətlərinin xidmətləri bank kartları vasitəsi ilə ödənilir. Qeydiyyatdan keçən istifadəçilər isə şəxsi kabinet açmaq, ödəniş tarixçələrini aparmaq və hər 1 manat məbləğində apardıqları ödəmə zamanı 100 bonus xalı qazanaraq7 növ «Oriflame» hədiyyələri üzrə hərraclarda iştirak edə bilərlər. Stasionar və mobil rabitə, kabel TV və internet, kommunal və digər xidmətləri bu zaman mobil telefonlar vasitəsi ilə də - m.hesab.az mobil resursundan ödəmək olar.
Qeyd edək ki, “Sevgilin üçün hədiyyə qazan” şuarı altında keçirilən hədiyyə aksiyası fevralın 14-də başa çatacaq. Xatırladaq ki, Hesab.az`da milyonuncu əməliyyatın müəllifinə bu ay dəyərli hədiyyə - müasir «Acer» netbuku - təqdim olunacaq. Hal-hazırda portalda 980 minə yaxın əməliyyat qeydə alınıb, onların məcmu həcmi isə 9 milyon manat təşkil edir.
Beyəlxalq sevgililər günü ərəfəsində «Oriflame» hədiyyələri barədə daha ətraflı məlumat üçün (012) 510 1713telefon nömrəsınə zəng edin.
DOSTLARINLA PAYLAŞ: