Amerikada xarici görünüşündən narazı olan xanımlar arasında araşdırma aparılıb.
Amerikada hər kəs əllərini plastik prosedur vasitəsilə ABŞ prezidentinin həyat yoldaşı Mişel Obamaya bənzətməyə çalışır. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Amerikada araşdırma nəticəsində məlum olub ki, son illər ən çox müraciət edilən plastik əməliyyat qolların incəldilməsidir.
Hər zaman məşhur simalara bənzəməyə can atan xanımlar son bir ildə brahioplastikaya (qol əməliyyatı) müraciət edirlər. Plastik cərrahlar müraciət edən hər bir qadının “Qollarım Mişel Obamanınkı kimi incə görünsün, ona bənzəsin” dediyini söyləyib.