Gülmeli saç düzümü olan futbolçular
05 Avqust 2013 Bazar Ertəsi 12:47
Futbolçular tekce oyun terzi ile ferqlenmirler...
Hər bir futbolçu ilk öncə öz oyun tərzi ilə digərlərindən fərqlənməyə çalışır. Amma seçilmək üçün bu kifayət etmədikdə, başqa üsullara da əl atılır. Futbolçular saç düzümlərini sözün əsl mənasinda fərqli edərək insanların maraq dairəsinə düşürlər.

Peşəkarlığına heç kəsin heç vaxt şübhə etmədiyi “Fenomen” ləqəbli Ronaldonun uzun illər hansı saç düzümündə meydançaya çıxacağı bütün azarkeşlərə əvvəlcədən məlum idi. Amma 2002-ci ildə kecilirən dünya cempionatında Ronaldo bütün azarkeşləri öz seçimi ilə şoka sala bilib.



“Milan”ın hücumçusu Balotelli isə nə etsə də, gülüş obyektinə çevrilir. Lakin onun saç düzümləri bəzən doğrudan da gülməli olur.







“Milan”lı Şaravi isə nə vaxtsa normal saç düzümü olan normal futbolçu idi. Onun özünü bu hala salmasına kimlər vadar edib bilinmir.

Neymar da az aşın duzu deyil. Gənc hücumçunun növbəti dəfə qazona hansı saç kəsimində və hansı rəngdə çıxacağını özündən başqa heç kim bilə bilməz.





Cibril Sissenin saç düzümləri isə bir qayda olaraq bir sənət əsəri qədər gözəl işlənmiş olur. Bəzən Sisse ağlagəlməz saç rənglərini də saçı üzərində sınayır. O hətta qaşlarına da xüsusi rəng verməyi unutmur.




Fellaini isə həmkarlarından fərqli olaraq görəsən bu gün saçıma necı düzüm verim deyə düşünmür. Onun seçimi-makaron fabrikində partlayışdır.





Bekhem 20 illik futbolçu karyerasında bir çox saç düzümlərini və rənglərini üzərində daşıyıb. Lakin Devid Bekhem nə etsə bu dəhral dəbə çevrilirdi.




Psixoloqlar isə saç düzümünü tez-tez dəyişən insanların əslində psixoloji sarsıntı keçirdikləri fikrindədir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar