Gözel olduğu üçün millet vekili ola bilmedi
16 Avqust 2013 Cümə 15:21
Nina Siahkali Moradi adlı 27 yaşlı qadın siyasetçi “çox gözel olduğu” üçün vezifeden uzaqlaşdırılıb.
İranın Qəzvin şəhərindəki Şura məclisənə millət vəkili seçilən Nina Siahkali Moradi adlı 27 yaşlı gənc qadın siyasətçi “çox gözəl olduğu” üçün vəzifədən uzaqlaşdırılıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, qərar səs-küyə səbəb olub.

Seçkilərdə 10 min səs toplayaraq 163 namizəd arasında 14-cü olmağı bacaran gənc qadın, “islami qaydalara” uyğun olmadığı səbəb göstərilərək vəzifədən çıxarılıb.

İrandakı İnsan Hüquqları üzrə Beynəlxalq Federasiyası Morahdinin seçkidə istifadə etdiyi posterlərinin rəqibləri tərəfindən tənqid olunduğunu bildirib. Morahdi qanunlara görə vəzifəsini icra etməli olduğunu müdafiə etsə də, yaşlı mühafizəkarlardan təşkil olunan seçki şurası bunu rədd edir. Onlar “Şurada podium modeli istəmirik” -deyərək öz etirazlarını bildiriblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar