Göydən qadın düşdü
15 İyul 2013 Bazar Ertəsi 10:25
Qadın hava şarının səbətindən yıxılıb.
Estoniyada qəribə hadisə baş verib. Əyləncə məqsədilə hava şarına minən qadın yerə düşüb. ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, əyləncə parkının əməkdaşı şarın səbətindən yıxılaraq, xəsarət alıb.
Qadın külək nəticəsində ziyan dəyən, 10 metr yüksəklikdəki səbətdən yerə düşüb. Xəsarət alan qadın xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, hadisəyə səbəb küləyin qəfildən güclənməsi olub.
DOSTLARINLA PAYLAŞ: