Görmemişin maşını
26 İyun 2013 Çərşənbə 15:49
Maşın qızılla örtülüb.
Amerikalı reperin maşını görənləri təəccübləndirib. ANS PRESS-in məlumatına görə, reperin maşını tamamilə qızılla örtülüb.

Flo Rida adlı reper özünə bir müddət öncə ağ rəngli "Bugatti" alıb. Amma 1,7 milyon dollar qiymətində olan maşın reperin ürəyinə yatmayıb. Bundan sonra qiymətli avtomobilinə xrom çəkdirib.

Lakin bununlada ürəyi soyumayan məşhur maşınını qızıla qərq edib. Belə ki, avtomobil başdan başa qızılla örtülüb. Maşının yeni örtüyü 24 əyarlı qızıldandır.

Özünü kütlədən seçən ancaq Flo Rida deyil. Castin Biber və "50 Centi"n də maşınları xromla örtülüb.








DOSTLARINLA PAYLAŞ:

oyunlar