Gəlin donunu bəyənməyən rahibin reaksiyası hamını təəccübləndirdi
30 Avqust 2013 Cümə 06:35
Paltarın digər yarısı haradadır?
ABŞ-ın Houston ştatında bir rahib, gəlinin paltarını bəyənmədiyi üçün nigahı qıymaqdan vaz keçib. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, rahib gəlin donunun dekoltəsinin abırsız olduğunu düşündüyü üçün nigahı qıymayıb.

Paltarı üzündən evlənə bilməyən Lisa Vaşinqton adlı gəlin isə gəlin donunu fərqli olduğu üçün seçdiyini bildirib: "Fərqli bir insanam. Bu paltarı də digər toylarda gördüyünüz gəlin donlarından çox fərqli olduğu üçün seçdim".

Gəlinin sözlərinə görə, rahib onu gördükdə "Paltarın digər yarısı haradadır?"- deyərək nigah mərasimini tərk edib. İlk əvvəl rahibin zarafat etdiyini sanan qohumlar daha sonra nə qədər xahiş etsələr də rahibi nigahı qıymağa razı sala bilməyiblər.

"Bura tanrının evidir, buranın yazılı olmayan qaydaları var"- deyən rahib üzündən toy təxirə salınıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar