Gələn həftə üçün Britaniya ulduz falı
16 Dekabr 2012 Bazar 15:56
Ulduzlar nə vəd edir?
ANS PRESS AzərTAc-a istinadən Britaniya ulduz falını təqdim edir.

QOÇLAR qarşıdakı həftə biznes üçün əhəmiyyətli informasiya axtarışına xüsusi diqqət yetirməlidirlər. London şəhəri astroloqlarının fikrincə, unutmaq olmaz ki, bilik – güc deməkdir və işgüzar aləmdə bu, özünü daha çox büruzə verir. Yeni məlumatlar dünyagörüşünü genişləndirməyə və biznesdə yeni tərəfdaşlar tapmağa kömək edəcək.

Əməksevərliyi və inadkarlığı ilə fərqlənən BUĞALARA bir müddət problemlərdən uzaqlaşıb yaxınları ilə vaxt keçirmək tövsiyə olunur. Bu, onların öz rahatlığını və mənəvi tarazlığını qoruyub saxlamasına imkan verəcək. Ailə üzvlərinin yanında və ya dostların arasında olması ona yeni qüvvə və gələcəyə inam bəxş edəcək.

Yaxın gələcəkdə ƏKİZLƏRİ xoş sürpriz gözləyir. Veneranin müsbət təsiri onların işdə müvəffəqiyyət qazanmasına, cari layihələrin realizasiyasında sıçrayışlar etməsinə və hətta karyera yüksəlişinə kömək göstərəcəkdir. Lakin yadda saxlamaq lazımdır ki, ulduzlar yalnız onların səxavətinə bel bağlayanlara deyil, öz xoşbəxtliyini özləri qazananlara lütf göstərir.

Astroloqlar XƏRÇƏNGLƏRƏ sakit gözləmə mövqeyində durmağı məsləhət görürlər. Marsın vəziyyəti işdə müvəqqəti çətinliklər olacağını xəbər verir. Bu bürcə xas olan yaxşı əhval-ruhiyyə və nikbinlik bu çətinliklərin öhdəsindən gəlməyə kömək edəcəkdir. İlk növbədə inzibati məsələlərdə ağılla və ehtiyatla hərəkət etmək lazımdır- qarşıdakı həftə işdə ən yaxşı strategiya budur.

ŞİRLƏRƏ ulduzlar qeyri-adi inam bəxş edəcəkdir və bu, qarşıdakı danışıqlarda lap yerinə düşəcəkdir. Gözəl danışıq qabiliyyəti və cazibədarlıq həmkarlarının dəstəyinə, sərfəli sazişlər bağlamağa və tərəfdaşlarla köhnə mübahisələri həll etməyə imkan verəcək.

QIZLARIN işgüzar həyatında maraqlı və zəngin dövr başlanır. Tezliklə onlar darıxmağa macal tapmayacaqlar, tale onlara yeni-yeni tapşırıqlar verəcəkdir. Nəzərdə tutulan planlarını gerçəkləşdirdikdən sonra layiqincə dincələ biləcəklər. Qarşıdakı istirahət günləri bu bürc altında doğulanlar üçün son dərəcə rahat və xoş keçəcək.

TƏRƏZİLƏR bu həftə kontraktlar bağlayarkən kompromisə getməli olacaqlar. Düzgünlüyünüzə inandırmaqda inadkarlıq göstərməməl, var qüvvənizlə irəli getməlisiniz. Qarşınızdakını başa düşüb güzəştə gedin, axı bəzən müvəffəqiyyətə doğru yol düz yox, keşməkeşli olur.

Özünə korluq verməməyi tərciyə edən ƏQRƏBLƏR maliyyə çətinlikləri ilə qarşılaşacaqlar. Xərclərə ciddi nəzarəti təmin etmək və ağılla qənaətcillik nümayiş etdirmək asan olmayacaqdır, lakin yalnız bu, onların yaranmış vəziyyətdən çıxış yolu tapmasına imkan verəcəkdir.

Astroloqlar OXATANLARA mühüm sövdələşmələri və iri vəsait qoyuluşlarını həftənin ikinci yarısına saxlamağı məsləhət görürlər. Ulduzlar həftənin əvvəlində belə məsələlərin həllinə təkan verəcəklərini vəd etmir. Bundan başqa, aktivlərin birgə idarəçiliyi zamanı ehtiyatlı olmaq lazımdır.

Əksinə, OĞLAQLARIN hər bir təşəbbüsündə uğur onları izləyəcəkdir. Layihə nə qədər iddialı və riskli olsa belə, onun müvəffəqiyyətlə həyata keçirilməsi şansı bir o qədər çox olacaqdır. Xüsusən Merkuri yeni kontraktların bağlanmasına, yeni biznesin yaradılmasına və ya mövcud biznesin genişlənməsinə xeyir-dua verəcəkdir.

Şəxsi məsələlər DOLÇALARI işindən uzaqlaşdıracaq. Dost məsləhəti qarmaqarışıq hislərdən baş açmaqda onlara kömək edəcəkdir. Həftənin ortasında bütün çətinliklər aradan qalxacaq ki, bu da diqqəti biznesdə cəmləşdirib başlanmış layihələri bitirməyə imkan verəcək.

Planetlər göstərir ki, BALIQLAR uzun müddətdən bəri yolunda dayanıb durmuş maneəni aradan qaldıra biləcəklər. Bu, yeni, əlverişli imkanlara yol açacaqdır. Düzdür, qələbə asan başa gəlməyəcəkdir. Mübarizəyə çox qüvvə sərf olunacaqdır, lakin Saturnun vəziyyəti mübarizənin uğurla bitəcəyinə təminat verir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar