Fotoqraf şimpanzenin çəkdiyi foto rekord qiymətə satılıb. ANS PRESS-in məlumatına görə, Mikki adlı meymun Rusiyada fotoqraflardan dərslər alıb. Onun əl işləri isə Moskvada çəkilib. Qırmızı Meydandakı fotolar Londonda hərraca çıxarılıb. Fotolar üçün 76 min 680 dollar pulu isə rus iş adamlarından biri ödəyib.
Qeyd edək ki, Mikki Moskva sirkində çalışıb. O, rus foto sənətçiləri olan Vitali Komar və Aleksandr Melamid tərəfindən 1998-ci ildə foto dərsləri alıb.