Fil mobil telefonu uddu.
30 Dekabr 2012 Bazar 15:36
Taylandda maraqlı hadisə baş verib
Taylandda bir fil mobil telefonu udub. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Banqkok şəhərində iki yeniyetmə turist qız fillərə baxırlar.

Onlardan biri filə yem verir, digəri isə onu mobil telefonu ilə çəkməyə başlayır. Ancaq sonradan fil xortumu ilə qızın əlindən telefonunu alaraq udur. Qız filin təlimçisini köməyə çağırsa da təlimçi təəssüf edirəm cavabı verməklə kifayətlənib.

Mobil telefon saatlar sonra filin peyini içərisinə tapılaraq qıza təhvil verilib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar