Evdə kenquru saxlayır
23 İyun 2013 Bazar 21:15
Yaxşı bir dost qazandım. Onunla televizora baxırıq, gəzintiyə çıxırıq və alış-verişə gedirik.
Avistraliyanın Viktoriya əyalətində yaşayan Luk Simmon adlı şəxs evində kenquru ilə yaşayır. ANS PRESS-in məlumatına görə, “Ballarat vəhşi həyat parkı”nda yaşayan 7 aylıq kenqurunun anası öldükdən sonra parkın işçisi Luk onu himayəsinə götürüb.

L.Simmon Pebblis adını verdiyi kenqurunu digər kenqurularla yaşayacaq yaşda olmadığı üçün öz evində saxladığını bildirib. O, bunun üçün xüsusi icazə almalı olub.

Park işçisi L.Simmon həqiqi bir dost qazandığını da deyib : “Yaxşı bir dost qazandım. Onunla televizora baxırıq, gəzintiyə çıxırıq və alış-verişə gedirik”.

Ancaq kenqurunu evinə qonaq edən L.Simmonun dostundan bəzi şikayətləri də var. Onun sözlərinə görə, kenquruya 6 saatda bir sü içirmək lazımdır, bu isə çox zəhmət tələb edən işdir: “Bəzən onu görənlər qorxur. Ancaq o çox sakit heyvandır. Ona baxmağın çətin tərəfi 6 saatda bir əmziklə süd içirməkdir. Bir az hərəkətlidir, çox vaxt evi dağıdır, əşyalar bir-birinə qarışır. Onun heyvanlar haqqında olan sənədli filmləri izləməkdən xoşu gəlir. Ancaq bu mənim ürəyimi sıxır”.

Qeyd edək ki, Pebblis bir yaşı tamam olandan sonra digər kenqurularla birgə parkda yaşayacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar