Əsərin ilk nüsxəsi 112.500 dollara satılıb
12 İyun 2013 Çərşənbə 09:03
Fidceraldın əsərinin ilk çap versiyasını alan şəxs isə adının gizli qalmasını istəyib.
Bu yaxınlarda dünya kinoteatrlarında ən çox baxılan filmlərdən biri olan "Dahi Qetsbi" ("Great Gatsby") filminin əsaslandığı eyniadlı əsərin ilk versiyası hərraca çıxarılıb. Nyu-Yorkun "Sotheby`s" hərracında satışa çıxarılan kitab, nə az-nə çox, düz 112.500 dollara satılıb. Bu, hərracdan əvvəl proqnozlaşdırılan 150.000 dollar qiymətindən bir qədər az olub.
Fidceraldın əsərinin ilk çap versiyasını alan şəxs isə adının gizli qalmasını istəyib.
Qeyd edək ki, "Dahi Qetsbi" adlı əsər bir neçə dəfə ekranlaşdırılıb və onun ən son versiyasını tanınmış rejissor Bez Lurman lentə alıb. Leonardo di Kaprio kimi Hollivud ulduzlarının rol aldığı bu filmin tez bir zamanda sevilməsi isə onu göstərir ki, Ficeraldın ötən əsrin 20-ci illərindən bəhs edən bu əsəri hələ də öz aktuallığını itirməyib.
DOSTLARINLA PAYLAŞ: