Ən yaxşı müştəri və ən yaxşı satıcının nümunəvi hərəkəti
17 Dekabr 2012 Bazar Ertəsi 04:10
Artıq cihazları mümkündürsə ehtiyacı olan dost və yaxınlarınıza verməyinizi xahiş edirik.
Amerikada “Best Buy” saytından 1 ədəd iPod sifariş edən Aleksa adlı qadına səhvən 5 ədəd iPod göndərilib. Bu barədə saytı məlumatlandıran dürüst müştəriyə bu məzmunda e-mail göndərilib. “Hər vaxtınız xeyir Aleksa. Başınıza gələn bu hadisə ilə bağlı “Best Buy”la dürüstlüklə əlaqə yaratdığınız üçün sizə təşəkkür edirik. Bu gün belə dürüst hərəkət edəcək neçə insan tapılar bilmirik. Amma bizim səhvimiz ucbatından gələn artıq cihazların sizdə qalmasını istəyirik. Yeni ilin yaxınlaşdığı bu günlərdə artıq cihazları mümkündürsə ehtiyacı olan dost və yaxınlarınıza verməyinizi xahiş edirik”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar