En populyar uşaq adları
26 İyun 2013 Çərşənbə 17:36
Oğlanlar arasında en meşhur ad Yusif, qızlarda ise Zehradır.
2013-cü ilin ilk yarısında Azərbaycan Respublikasında doğulan oğlanlara qoyulan ən populyar 5 adın 5-i də dini ənənələrə bağlı adlardır.

“Media forum” saytı Ədliyyə Nazirliyinin rəsmi elektron xidmətlər portalına istinadla bildirir ki, ən populyar oğlan adları belə sıralanır:
Yusif - 1215 nəfər
Əli - 832
Hüseyn - 767
Ömər - 619
Məhəmməd - 577.
İlk onluqda sonrakı yerləri Murad, Ayxan, Kənan, İbrahim və Nihad tutur.

Qız adlarına gəlincə, burada da dini ənənələrə bağlı adlar ilk sıraları tutur. 2013-cü ilin ilk yarısında Azərbaycanda doğulan qızlara qoyulan ən populyar adlar bunlardır:
Zəhra - 1098 nəfər
Nuray - 983
Fatimə - 864
Ayan - 659
Aylin - 597
Zeynəb - 559
Xədicə - 483
Fidan - 435
Leyla - 400
Mədinə - 385.


DOSTLARINLA PAYLAŞ:

oyunlar