Ən eleqant və cazibədar qadın
19 Yanvar 2013 Şənbə 12:19
Siyahıya 6 uşaq anası Ancelina Coli başçılıq edir.
Əgər sənin 6 uşağın varsa bu hələ o demək deyil ki, sən baxımsız, yorğun və əsəbi olmalısan. Bunun ən gözəl nümunəsini də Ancelina Coli göstərir. "HELLO" jurnalı ilin ən eleqant, zövqlü qadınını seçib. Bu adada məhz Ancelina Coli layiq görülüb.

Hollivud ulduzlarının ictimai yerlərdəki çıxışlarını dəyərləndirən internet istifadəçilərinin 40 faizi ona bu adı almağa kömək edib. Onlar aktrisanın möhtəşəm zövqünü, zərifliyini yüksək qiymətləndiriblər.

Siyanının gümüş medalına 27 faizlə Danii Meri sahib olub. O, istifadəçilərində, stilistlərində rəğbətini qazana bilib.

Qeyd edək ki, Coliyə kimi bu pilləni iki il dalbadal Britaniya şahzədəsinin həyat yoldaşı Keyt Midelton tuturdu. İndi isə hamilə gözəl üçüncülüklə kifayətlənməli olub. Ona dəstək verənlər 22 faiz olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar