Ön pəncələri olmayan it əsgərlərə örnək oldu.
Feyt adlı qabaq pəncəsinin biri olmadan doğulub, ikinci pəncəsini isə sonradan amputasiya etmək lazım gəlib. ANS PRESS-in Amerika mətbuatına istinadən verdiyi məlumata görə, buna baxmayaraq itə yalnız arxa pəncələri ilə hərəkət etməyi öyrədiblər.
Sonra isə sahibəsi Feytin bu bacarığını ağır yaralar almış amerikalı əsgərlərin müalicə olunduğu xəstəxanalarda nümayiş etdirməklə onlara ruhlandırıb və müharibə veteranlarını dəstəkləyib.
Feyt' bu xidmətlərinə görə ABŞ ordusunun serjantı rütbəsi verilib.
