Ekstrasens Nuride Küskün İbrahim Tatlısesi sağaltdığını iddia edir
06 Sentyabr 2013 Cümə 18:20
Ekstrasens Nuride Küskün: Öz gücümü kosmosdan ona ötürmekle müalice etdim.
Azərbaycanlı ekstrasens Nuridə Küskün başından güllə yarası alan Türkiyənin məşhur sənətçisi İbrahim Tatlısəsi sağaldığını etdiyini iddia edir. ANS PRESS-in məlumatına görə, ekstrasens Lider TV-nin "Evimin qonaqları" proqramında maraqlı açıqlamalar verib: "İbrahim Tatlısəsi bir seansa sağalda bilməzdim. Həyat yoldaşı Ayşə hamilə olduğundan İbrahim Tatlısəs Bakıda çox qala bilmədi, mən də işlərimin çoxluğundan Türkiyəyə gedə bilmədim. Öz gücümü kosmosdan ona ötürməklə müalicə etdim."
Hal hazırda sənətçi sağlığına qovuşub Nuridə bildirib ki,onun müğənniyə göndərdiyi gücü müğənniyə çox kömək olub.
Xatırladaq ki, İbrahim Tatlısəsin 2012-ci ilin noyabrın sonlarında kosmoenergetik, ektrasens Nuridə Küskündən müalicə almaq üçün Bakıya gəlmişdi. O zaman müğənninin müalicəni qəflətən yarımçıq qoyub, ölkəmizi tərk etməsi hamının marağına səbəb olmuşdu. İbrahim Tatlısəsi müalicə etməli olan Nuridə Küskünlə bağlı məlumatlar Türkiyə mətbuatında da geniş yer almışdı.
DOSTLARINLA PAYLAŞ: