Dünyanın en yaşlı balığı tutulub
05 İyul 2013 Cümə 01:38
Amerikalı balıqçı 200 yaşlı xan balığını tutmağın sevincini yaşayıb.
Amerikalı balıqçı dünyanın ən qoca balığı tutub. ANS PRESS-in məlumatına görə, Sietl sakini Henri Libman Alyaskada 200 yaşlı xan balığını tutmağın sevincini yaşayıb. Ekspertlər hesab edir ki, balıq təxminən 1812-ci ildə Sakit okeanda dünyaya gəlib. Xan balığının dəqiq yaşını mütəxəssislər qulaq sümüklərinin analizindən sonra yaxın zamanda təyin edəcək. Balığın yaşı təsdiqlənsə, bu dünyada tutulmuş ən yaşlı balıq olacaq.




DOSTLARINLA PAYLAŞ:

oyunlar