Dünyanın ən varlı iş adamı qızına toy etdi
12 İyun 2013 Çərşənbə 21:42
Mərasimə dünyanın ən məşhur simaları qatılıb.
Dünyanın ən varlı iş adamlarından biri, “F1”in rəhbəri Bernie Eklestonun böyük qızı Tamaranın toyu olub. ANS PRESS-in məlumatına görə, varis Tamara Fransada Cey Rutland adlı gənclə nikah masasına oturub. “Grand Hotel du Cap”da baş tutan mərasimə dünyanın ən məşhur simaları – Cennifer Lopes, Elton Con, Lional Riçi, Paris Hilton və başqaları qatılıb.

Qeyd edək ki, Tamaranın bacısı Petranın Romada baş tutan və üç gün davam edən toyu 12 milyon funt sterlinqə (14 milyon manata) başa gəlmişdi.

Tamaranın mərasiminə isə daha böyük xərc çəkildiyi bildirilib.








DOSTLARINLA PAYLAŞ:

oyunlar