Dünyanın ən hündür oteli -JW Marriott Marquis
28 Fevral 2013 Cümə Axşamı 11:10
Dünyanın ən hündür oteli Dubayda tikilən 355 metrlik oteldir. JW Marriott Marquis 72 mərtəbədən ibarətdir.
Dubayda dünyanın ən hündür oteli açılıb. ANS PRESS-in məlumatına görə, "JW Marriott Marquis" 72 mərtəbədən ibarətdir. Palmanı xatırladan binanın hündürlüyü 355 metrdir. Oteldə 1608 otaq, 14 restoran, 2000 nəfərlik bar-kafe,spa salon, hovuz, fitnes mərkəzi var.

Hələlik otelin birinci qülləsi rəsmən fəaliyyətə başlayıb. İkincisi isə 2014-cü ildə açılacaq.

Otel biznes turistlər üçün nəzərdə tutulub. Orada böyük beynəlxalq konfransların, sərgilərin, tədbirlərin keçirilməsi planlaşdırılır. Bir otağın minimal qiyməti gecəyə 326 dollardır.






DOSTLARINLA PAYLAŞ:

oyunlar