Dünyanın en hündür göydeleni bu olacaq
03 Avqust 2013 Şənbə 11:36
Dünyanın en hündür göydeleni bu olacaq. Çinde inşa edilen Sky City Dubaydakı Burj Khalifadan 10 metr hündür olacaq.
Çində dünyanın ən hündür göydələni olmağa iddialı olan binanın inşasına başlanılıb. Hunan əyalətinin Çanşa şəhərində göydələnin təməlatma mərasimi baş tutub. "Sky City" adlanacaq göydələnin hündürlüyü 838 metr olacaq. Sahəsi 1,05 milyon kvadrat metr olacaq göydələnin inşasının 2014-cü ilin aprelində başa çatdırılması planlaşdırılır.

"Broad Group" şirkətinin həyata keçirdiyi layihənin dəyəri isə 5,2 milyard yuan və yaxud da 850 milyon dollar təşkil edəcək. "Sky City" hazırda dünyanın ən hündür göydələni sayılan və Dubayda yerləşən "Burj Khalifa"dan 10 metr hündür olacaq.

Göydələnin 202 mərtəbəsində müxtəlif şirkətlərin ofisləri, mehmanxanalar, məktəb, xəstəxana, mağazalar, restoranlar və idman zalları, eləcə də 30 min sakinin yaxud 4000 ailənin yaşaması üçün nəzərdə tutulmuş mənzillər yerləşəcək. Göydələnin həmçinin 6 yeraltı mərtəbəsi də olacaq.

Binada həmçinin, layihə müəlliflərinin dili ilə desək, "şaquli ferma" da olacaq ki, bu da 1000 nəfəri iş və qida ilə təmin edəcək. Bununla da, hər şey "Səma Şəhəri" sakinlərinin əlinin altında olacaq.

Qeyd edək ki, "Sky City" olmasa belə, Çin artıq dünyanın ən hündür 10 göydələnindən 4-nün ev sahibidir.






DOSTLARINLA PAYLAŞ:

oyunlar