Dünyanın ən böyük çərpələngi
07 Oktyabr 2013 Bazar Ertəsi 07:23
“2013 çərpələng festivalı”nda səmaya buraxılan səkkizayaq şəkilli çərpələng Ginnessin rekordlar kitabına daxil olub.
Rekordlar sisiləsində yenilik olub. Dünya Ginnes rekordlar kitabına yeniliyi Çin salıb. Bu ölkədə keçirilən “2013 çərpələng festivalı”nda səmaya buraxılan səkkizayaq şəkilli çərpələng Ginnessin rekordlar kitabına daxil olub.
Dünyanın ən böyük çərpələnginin ölçüsü 1500 kvadrat metr, çəkisi isə 200 kiloqram təşkil edib. Festival təşkilatçısının sözlərinə görə, bu çərpələngin hazırlanması üçün parça 10 gün ərzində kəsilib və 6 nəfər onu 40 günə tikə biliblər. Çərpələngin səmaya qalxması 10 dəqiqə vaxt aparıb, uçuşu isə 1 saat yarım davam edib.
Bundan əvvəlki rekord Küveyt bayrağı formasında olan çərpələngə məxsus idi. Onun ölçüsü sadəcə 1000 kvadrat metr təşkil edirdi.
DOSTLARINLA PAYLAŞ: