Dünyada en böyük piroq
25 Sentyabr 2013 Çərşənbə 04:14
Seudiyye Erebistan kulinarları dünyada en böyük piroq hazırlayıb ve rekorda imza atıblar.
“Emirates 247” agentliyi xəbər verir ki, Səudiyyə Ərəbistanı Krallığının yaradılmasının bu günlərdə qeyd edilən 81-ci ildönümü münasibətilə ölkənin kulinarları dünyada ən böyük piroq hazırlayıblar. Bu nailiyyət artıq Ginnesin rekordlar kitabına daxil edilib.

35 aşpazın dörd gün ərzində hazırladığı bu piroqun çəkisi təqribən 3 ton, uzunluğu 12 metr, eni 9 metrdir. Kulinar şedevri 102 kvadratmetrlik yer tutur.

Bu piroqla Ciddədəki kral Əbdül Əziz aeroportunda 9500 səudiyyəlini və krallığın qonaqlarını yedirtmək mümkün olmuşdur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar