Dinləmə cihazına qarşı klassik tədbir
27 Dekabr 2012 Cümə Axşamı 06:32
Terror şübhəsi ilə nəhkəmədə ifadə verməyi gözləyən şübhəlilər klassik musiqiyə qulaq asacaqlar.
Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın iş otağından tapılan və ölkədə qalmaqala səbəb olan dinləmə cihazları (böcək) bəzi hüquq-mühafiaə orqanlarını bu istiqamətdə tədbirlər görməyə vadar edib. Məlumata görə, İstanbul Ədliyyə binasında TMK (terrorla mübarizə qanunu) çərçivəsində fəaliyyət göstərən prokurorların olduğu mərtəbədə klassik musiqi yayımına başlanılıb. Daha əvvəl jurnalistlərin girişinə qoyulan qadağa ilə ölkə gündəmində olan mərtəbənin koridorunda yerləşdirilən səsgücləndirici ilə burda narkotik və terror şübhəsi ilə ifadə verməyi gözləyən şübhəlilər, polis və vəkillər klassik musiqiyə qulaq asacaqlar.

Qeyd edək ki, baş prokurorun vəkili Oqtay Ərdoğan prokurorların otaqlarında olan danışıqların koridorda eşidilməməsi üçün işlər idarəsindən tədbir görməyi tələb edib. İşlər idarəsi isə klassik musiqi ilə bu isütiqamətdə tədbir görüb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar