40 metr genişliyində bir yol açılır və 1 saat sonra dəniz təkrar bağlanıb köhnə halına gəlir.
Cənubi Koreyada ildə iki dəfə suların çəkilməsiylə dənizin ortasında 3 kilometr uzunluğunda, 40 metr genişliyində bir yol açılır və 1 saat sonra dəniz təkrar bağlanıb köhnə halına gəlir.
ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu sehirli anı qaçırmaq istəməyən minlərlə turist get-gəlin yaşandığı bu sehrli anda orada olub açılan dənizin ortasından qarşıya keçirlər.
Med - Cezir tarixlərində adada artıq ənənəvi olaraq bir festival təşkil edilir. Milyonlarla insan dənizin çəkilməsiylə birlikdə ortaya çıxan bu yoldan yerimək üçün burada toplanırlar.