Çəkilən bu şəkillər arasında bir neçə saat fərq var
29 Oktyabr 2013 Çərşənbə Axşamı 11:09
Ayın cazibə qüvvəsi nəticəsində yaranan bu mənzərələri çəkmək üçün fotoqraf 16 saat eyni yerdə qalmağa məcbur olub.
Maykl Marten adlı fotoqraf maraqlı işlərə imza atıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, sənətkar bu şəkilləri çəkə bilmək üçün bəzən 16 saat eyni yerdə gözləmək məcburiyyətində qalıb.
Martin İngiltərə sahillərində yaşanan “gəliş-gediş” səbəbinə görə suyun səviyyəsinin çəkilməsi nəticəsində yaranan mənzərənin şəklini çəkib. Fotoqraf günəşin və ayın cazibə qüvvəsinin təsiri ilə bu görüntülərin yaşandığı ərazidə gözləyərək yaranan mənzərəni fotoya alıb.