Buz festivalında heyratamiz görüntülər (VİDEO)
05 Fevral 2013 Çərşənbə Axşamı 16:06
Yaponiyanın Sapporo şəhərində ənənəvi buz festivalı keçirilir


Yaponiyanın Sapporo şəhərində ənənəvi buz festivalı keçirilir. Qar və buzdan düzəldilən heykəllərin nümayiş etdirildiyi festivalda 2 milyona yaxın turistin iştirak etməsi gözlənilir. Ümumilikdə festivalda 216 heykəl nümayiş olunur. Onlardan ən böyüyü 1300 illik İse məbədinin qurulmasını əks etdirən “İse əfsanələri” əsəridir. Heykəl 15 metr uzunluğunda, 25 metr enindədir. Bundan əlavə Yaponiyanın milli kabuki, yəni maskalar teatrının görüntüsü də eksponatlar arasında sərgilənir.



DOSTLARINLA PAYLAŞ:

oyunlar