Bütün dünya bu uşaqdan danışır
07 İyul 2013 Bazar 11:23
8 yaşlı uşaq atasını xilas etiək üçün 1,6 km yol qaçdı.
ABŞ-ın Massaçusets ştatından avtomobili ilə çaya düşən atasına yardım çağırmaq üçün sudan üzərək çıxan və 1,6 km yolu durmadan qaçan 8 yaşlı uşaq günün qəhrəmanına çevrilib. Çaydan çıxdıqdan sonra polis məntəqəsinə qədər qaçan uşağın zəhməti hədər getməyib. Vaxtında yetişən xilasedicilər atasını sudan çıxarıblar.
8 yaşlı Qarsiyanın xəbər verdiyi Fiçburq Polis Mərkəzinin komissarı Paul Bozikas bildirib ki, azyaşlı bir uşağın belə bir işin öhdəsindən gəlməsi doğrudan da qəhrəmanlıqdı. "Ata da, oğul da çox şanslıdı", - komissar əlavə edib.
Amma ata ölümün pəncəsindən qurtulsa da, qanundan yaxasını kənara çəkə bilməyib. Onun sürətli avtomobil idarə etmə, alkaqollu içki qəbul etmə və azyaşlı uşağın həyatını təhlükəyə atdığına görə məsuliyyətə cəlb ediləcəyi bildirilib.
DOSTLARINLA PAYLAŞ: