Bu qadın qucaqlaşaraq pul qazanır
20 Fevral 2014 Cümə Axşamı 06:01
Ali C. ilə film izləyərək quçaqlaşmaq 200 dollar, bütün gecə qucaqlaşmaq isə 500 dollardır.
Amerikada tətbiq olunan yeni müalicə üsulu ictimaiyyət tərəfindən olduqca maraqla qarşılanır. Bu qeyri-adi müalicənin əsas qayəsi danışmaq yox, sadəcə qucaqlaşmaqdır.

ANS PRESS-in məlumatına görə, "qucaqlaşmaq müalicəsi" adlandırılan bu maraqlı üsulu həyata keçirən qadınlardan biri saatda 80 dollar qazanır.

ABŞ-da yaşayan qadın tanımadığı insanlarla qucaqlaşaraq onlarla birlikdə yataqda uzanır.

47 yaşlı Ali C. adlı qadın müştərilərini evində qarşılayır. Müalicədən əvvəl müştərilərini tanımaq istəyən qadın onlarla söhbət edir. Seanslarda bəzən Ali C. müştərilərini, ya da müştəriləri onu qucaqlayır.

Müalicə zamanı olduqca romantik anlar da yaşanır. Qadının qayğıya, sevgiyə ehtiyacı olan müştəriləri bəzən hisslərinə hakim ola bilməyib ağlayırlar.

"Sevgi hərəkətdir, sevgi toxunmaqdır" deyən Ali C. ilə film izləyərək quçaqlaşmaq 200 dollar, bütün gecə qucaqlaşmaq isə 500 dollardır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar