Milyardlarla serveti olan Bruney sultanı saraya benzer teyyareni qızına hediyye edib.
70 milyard sərvəti ilə dünyanın ən varlı insanları arasında olan Bruney sultanı Hassanal Bolkiahın təyyarəsi görənləri möhtəşəmliyi ilə heyran qoyur. ANS PRESS-in məlumatına görə, "Airbus А340" markalı təyyarəni o, öz qızına hədiyyə edib.
Reaktiv sərnişin təyyarəsi ən uzun hava nəqliyyat növlərindən biridir. Onun uzunluğu 75,3 metrə çatır. Təyyarə təqribən 100 milyon dollara alınıb.
Onun interyerinin yenilənməsinə isə 120 milyon dollar xərclənib. Uçan saraya bənzəyən təyyarənin bəzi detalları hətta qızıldan hazırlanıb.