Boqotada Eşşəyi ver, maşın al kampaniyası başladılıb
02 Mart 2013 Şənbə 10:19
Layihənin məqsədi şəhəri böyükbaş heyvanlardan təmizləməkdir.
Kolumbiyanın paytaxtı Boqotada “Atını və eşşəyini təhvil ver maşın götür” kampaniyası başladılıb. Layihənin məqsədi şəhəri böyükbaş heyvanlardan təmizləməkdir. Məlumata görə, şəhər rəsmiləri heyvan sahiblərinə yeni avtomobil, pul verir və ya biznes fəaliyyəti üçün onlara imkanlar yaradır. Yaşlılar və xəstələr üçün nəzərdə tutulan xüsusi bir varianta görə isə bu şəxslərin yaşadıqları ev təmir olunur. Rəsmilər təhvil götürülməsi nəzərdə tutulan 2 000 baş heyvanın şəhər kənarında xüsusi bir otlaqda bəslənəcəklərini deyib.
DOSTLARINLA PAYLAŞ: