Bill Geyts yene dünyanın en zengin insanı oldu
18 May 2013 Şənbə 12:20
Bill Geytsin sərvəti 72,7 milyard dollardır.
Amerikalı milyarder Bill Geyst "dünyanın ən zəngin insanı" adını yenidən özünə qaytarıb. "Bloomberg" dünya zənginlərinin siyahısını açıqlayıb. Siyahıya görə, "Microsoft" təsisçisinin sərvəti 72,7 milyard dollardır. Onun kapitalı keçən illə müqayisədə təxminən 10 milyard artıb. Bu gəlir sayəsində də Qeyts meksikalı milyarder Karlos Slimi üstələyib. Amma Karlos Billdən çox da geri qalmır. Bloombergin onun pullarını 72, 1 milyard dollar hesablayıb.

Qeyd edək ki, Bill Geyts "Bloomberg"in versiyasına görə 13 il 1995-ci ildən 2008-ci ilə kimi bu siyahının lideri olub.




DOSTLARINLA PAYLAŞ:

oyunlar