Biber qazı orucu pozmaz
09 İyul 2013 Çərşənbə Axşamı 20:43
Televiziya verilişində qeyri-adi suala qəribə cavab verilib. Biber qazı orucu pozmaz.
Türkiyənin Rize şəhərindəki telekanallardan birində Ramazan haqqında verilişin qonağı olan din xaimi qeyri-adi bir suala qəribə cavab verib. Məlumata görə, proqramla telefon əlaqəsi yaradan tamaşaçı “Taksimdə bibər qazı orucu pozarmı?” sualı verib. Proqramın qonağı olan din xadimi Necati Hutoğlu bunun orucu batil etməyəcəyini deyib.
“Bibər qazı orucu pozmaz. Çünki onu öz istəyinlə udmursan, məruz qalırsan. Bu səbəblə də orucu batil etməz. Amma ağzını açıb qəsdən udsan, oruc pozular”, – deyə Necati Hutoğlu bildirib.
Din xadiminin daha sonra təəccüblə “Orada oruclunun nə işi var? Ora oruc tutanlar da gedirmi?” sualına aparıcı “Təbii ki, oruclular da gedir. Niyə də getməsinlər? Aksiya aksiyadır” deyə cavab verib.
DOSTLARINLA PAYLAŞ: