Başqasının silahından istifadə mümkün olmayacaq
26 Avqust 2013 Bazar Ertəsi 12:21
Silah üçün biometrik qoruyucular hazırlanıb.
“Safe Gun Technology” şirkəti artıq silah üçün biometrik qoruyucuların (skaner) istehsalına start verib. ANS PRESS Azərbaycan Milli Elmlər Akademiyasının saytına istinadən xəbər verir ki, məhz biometrik qoruyuculardan istifadə bir çox cinayət hadisəsinin qarşısını almağa kömək edəcək.

Bu kimi qoruyuculara malik silahları elə proqramlaşdırmaq mümkündür ki, zamandan və məkandan asılı olaraq silahdan yalnız bir və ya bir neçə adam atəş aça bilsin.

Skaner silahın qulpuna yerləşdirilir və bu zaman izin tanınması üçün təxminən 3 saniyə kifayətdir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar