Bakıda məşhur ticarət mərkəzində nələr baş verir?
29 Oktyabr 2013 Çərşənbə Axşamı 14:27
“Xalqlar Dostluğu” ticarət mərkəzinin sökülməsi və digər problemlərlə bağlı yarmarka rəsmisi açıqlama verib
Son vaxtlar “Xalqlar Dostluğu” ticarət mərkəzinin sökülməsi, eləcə də, yarmarkada yer pullarının artırılması barədə məlumatlar yayılıb. Bundan başqa, yarmarkalarda satılan malların da qiymətində artım müşahidə olunduğu barədə bildirilir. Paytaxt sakinləri ANS PRESS-ə verdikləri məlumatda bildirirlər ki, malların qiymətindəki artım müxtəlifdir səviyyədədir.
Daim yarmarkadan alver edən paytaxt sakini Ülviyyə Kərimova deyir ki, qiymət artımı əsasən geyimlərdə və elektrik əşyalarında hiss olunur. Lakin qiymət artımı çox cuzidir.
“Əvvəllər şalvarı 18 manata alırdıqsa, indi 20 manata alırıq. Koftaların qiymətində isə çox az artım var. 25 manata aldığımız kofta 16 manatadır. Fen, yaxud ütünün qiymətində isə artım daha çox, 4-5 manat artım müşahidə edilir. Düzdür elektrik əşyaları markalarına görə müxtəlif qiymətlərədir. Ətirlərin isə qiymətində hiss olunacaq qədər artım yoxdur”, - deyə Ülviyyə Kərimova bildirib.
Satıcılar isə yarmarkada qiymət artımın olmadığını deyir. Arif adlı satıcı yarmarkada nə qiymət artımını, nə də yer pullarında elə də ciddi artım olduğunu bildirib.
“Əslində elə də ciddi bir şey yoxdur. Niyə də yer pulunu artırsınlar? Onsuzda burda alver çox əzifdir. Güclə xərclərimizi ödəyirik. Yerpulunu da qaldırsalr, onda gərək burdan çıxaq. Mallar da ki, eyni qiymətlədir. Düzdür bəzi geyimlərdə, elektrik mallarında artım var. Onu da, hər şeyin bahalaşması ilə əlaqələndirmək olar”, - deyə satıcı bildirib.
Arifin sözlərinə görə, hazırda yarmarkada şərait də pisdir: “Ticarət mərkəzi təmirsizdir. Orda malları da saxlamaq olmur. Mallar zay olur. Ona görə də, alver "ölüb". Deyirlər ki, yarmarkanı sökəcəklər və yenidən təmir edəcəklər. Bundan da yaxşı ticarət mərkəzi tikiləcəyi deyilir. Lakin hələlik rəsmi olaraq heç nə deməyiblər”.
Məsələ ilə bağlı “Xalqlar Dostluğu” ticarət mərkəzinin baş nəzarətçisi Kirman Quliyevlə əlaqə saxladıq. Nəzarətçi bildirdi ki, əslində deyilənlərin hamısı cəfəngiyyatdır. Yarmarkada heç bir problem yoxdur.
“Əslində yazılanların hamısı şayiədir. Müxtəlif kütləvi informasiya vasitələrində bu barədə dəfələrlə yazıblar. Elə bir şey yoxdur. Hələlik ticarət mərkəzində şərait normaldır. Yarmarkada yer pulu qalxmayıb. Ola bilrə kimsə narazıdır. Amma bu həmin şəxsin öz problemidir. Burada satılan malların bahalaşması ilə bağlı heç nə deyə bilmərəm. Çünki bu satıcıların öz işləridir. Mallarını havayı da verə bilərlər, baha da sata bilərlər”, - deyə Kirman Quliyev bildirib.
Onun sözlərinə görə, ötən illərə nisbətən bu il yarmarkada alver bir az yaxşılaşıb.
DOSTLARINLA PAYLAŞ: