Azərbaycan xalçası ABŞ-da 33 milyon dollara satıldı
07 İyun 2013 Cümə 11:19
Üzərində üzüm tənəkləri və rəngarəng güllər təsvir edilən xalçanı telefon vasitəsilə anonim alıcı əldə edib.
Azərbyacanın XVII-ci əsr Səfəvilər dövrünə aid xalçası Nyu-York auksionunda rekord qiymətə- 33,7 milyon dollara satılıb. Modern.az bildirir ki, “Sotheby”s” auksion evi bildirib ki, üzərində üzüm tənəkləri və rəngarəng güllər təsvir edilən xalçanı telefon vasitəsilə anonim alıcı əldə edib.
Xalçanı satışa çıxardan isə Vaşinqtonda yerləşən Krokoran incəsənət qalereyasıdır. Səfəvilər dövrünə aid xalçanı incəsənət qalereyasına 1926-cı ildə Montana ştatından olan senator Uilyam Klark vəsiyyət etmişdi. Bundan öncə rekord məbləğ ödənilən xalça 2010-cu ilin aprelində Londonda 9,6 milyon dollara satılmışdı.
DOSTLARINLA PAYLAŞ: