Azadlıq heykeli türklere aiddir
30 May 2013 Cümə Axşamı 08:30
Ey qərb unutma ki, sadəcə günəş yox, mədəniyyətin şöləsi də şərqdən yüksəlir.
Şair və araşdırmaçı-yazar Sunay Akın ABŞ-dakı “Azadlıq” heykəlinin türklərə aid olduğunu iddia edib. Amerikanın “Posta212” qəzetinə müsahibə verən Akın bildirib ki, bu heykələ görə Amerikadan 150 illik faiz pulu alınmalıdır.
“ABŞ “Azadlıq” heykəli bizimdir. Araşdırmalarım nəticəsində bunun Əbdüləziz tərəfindən düşünüldüyünü, Əbdülməcid tərəfindən heykəltəraş Bartoldiyə sifariş verildiyini aşkarlamışam. Bu İskəndər (İskəndərun) limanına qoyulmalıydı. Mən Bartoldinin arxivinə girdim və maketləri gördüm. Heykəlin arxası şərqə, üzü qərbədir. Mənası budur: Ey qərb unutma ki, sadəcə günəş yox, mədəniyyətin şöləsi də şərqdən yüksəlir. İki taksid pulunu da biz ödəmişik. Bizim alacağımız var”.
Akın bu pulu almaq üçün Nyu Yorkda yaşayan türkləri birləşməyə çağırıb. “Nyu Yorkdakı türklər birləşin və bu pulu onlardan alın. Verməsələr borcumuzdan silsinlər. Amma 150 illik faizi də hesablansın” – deyə Sunay Akın bildirib.
DOSTLARINLA PAYLAŞ: