Avtomobilini robota çevirdi
22 Oktyabr 2013 Çərşənbə Axşamı 10:12
Hetayn Patel avtomobili arxa təkərlərinin üzərinə qaldıraraq qapılarını qollara çevirib.
İngiltərəli sənətçi Hetayn Patel öz şəxsi avtomobilini robota çevirib. ANS PRESS-in məlumatına görə, o robot "Transformers"dən ilhamlanaraq öz "Ford Fiesta" markalı maşınında bir sıra dəyişikliklər edib.

O, avtomobili arxa təkərlərinin üzərinə qaldıraraq qapılarını qollara çevirib. Etdiyi dəyişikliklərdən sonra avtomaşını robota bənzədən Patelin bu işi insanlar tərəfindən maraqla qarşılanıb.

Hetayn Patel bu ideyasını ərsəyə gətirmək üçün atası və qardaşı ilə birlikdə 3 ay vaxt sərf edib. Onun bu yaradıcılıq işi Fransada bir qalereyada nümayişə də çıxarılıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar