Astronomlar sabaha nadir təbiət hadisəsi proqnozlaşdırırlar
10 Dekabr 2012 Bazar Ertəsi 15:20
Sabah fəzada "asteroid alatoranlığı" müşahidə ediləcək
40 metr ölçüdə olan 2012 XE54 asteroidi Yer planetinin 224,9 min kilometr yaxınlığından keçəcək. ANS PRESS-in NASA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, asteroid Yerin yaxınlığından sabah keçəcək.
Qeyd edək ki, asteroid fəzada NASA mütəxəssisləri tərəfindən yalnız dünən aşkar edilib. 2012 XE54 asteroidi apollon tipli asteroidlərə aiddir. Astronom Paskual Trikariko asteroidin Yer yaxınlığından keçməsi zamanı "asteroid alatoranlığı" adlı nadir təbiət hadisəsinin baş verəcəyinin bildirib. Yer yaxınlığındfa keçərkən asteroid ulduz effekti yaradacaq.
DOSTLARINLA PAYLAŞ: