Astarada qeri-adi nikah mərasimi
27 Aprel 2014 Bazar 06:03
Buna bənzər nikah mərasimləri artıq bir neçə rayonda keçirilib.
Astara şəhərindəki Heydər Əliyev Mərkəzində ilk dəfə nikah mərasimi keçirilib.
Mərasim iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Mərkəzdəki büstünün önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.
Mərkəzin geniş və yaraşıqlı foyesində davam edən mərasimdə nikah aktlarını imza edən xoşbəxt cütlüklər-Astara şəhər sakinləri Bəhruz və Günel Qasımovlar həyatlarındakı ən unudulmaz hadisənin müqəddəs bir məbəddə-Heydər Əliyev Mərkəzində keçirilməsindən iftixar duyduqlarını və bu xoş hadisəni heç zaman unutmayacaqlarını bildiriblər.
Astara Rayon İcra hakimiyyəti başçısının müavini Yasəmən Rəsulova ailə həyatı quran gəncləri əlamətdar gün münasibətilə təbrik edərək onlara xoş arzularını bildirib.
Mərasimdə bəy və gəlinə hədiyyələr təqdim edilib.
Qeyd edək ki, buna bənzər nikah mərasimləri artıq bir neçə rayonda keçirilib.
DOSTLARINLA PAYLAŞ: